Bank Of Baku

KXCP Müsavat Partiyasının martın 18-də keçirəcəyi mitinqdə iştirak edəcək

KXCP Müsavat Partiyasının martın 18-də keçirəcəyi mitinqdə iştirak edəcək
# 05 mart 2007 13:56 (UTC +04:00)
“Müsavat Partiyasının keçirdiyi mitinqlərdə digər partiyaların da iştirak etməsində maraqlıyıq və belə niyyəti olan partiyaların Mitinq Komitəsində təmsil olunması mümkündür”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Klassik Xalq Cəbhəsi Partiyasının martın 18-nə təyin olunmuş aksiyada iştirakla bağlı qərar verdiyini bildirən A. Hacılı bu partiyanın təmsilçilərinin Mitinq Komitəsinin sabah keçiriləcək iclasına qatılacağını da söyləyib: “Sabah həmçinin Müsavatın Bakı şəhər və ərazisi işğal olunmuş rayon təşkilatlarının rəhbərlərinin iclası keçiriləcək. Burada mitinqə hazırlıqla bağlı müzakirələr aparılacaq. Aldığımız məlumata görə, martın 18-də hava şəraiti yaxşı olacaq. Ona görə də hesab edirik ki, bu mitinq 2005-ci il parlament seçkilərindən sonra keçirilən kütləvi aksiyaların içərisində həm texniki-təşkilati baxımdan, həm də kütləvilik baxımdan ən güclü mitinq olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR