ADP-nin bəzi rayon təşkilatları buraxılıb
05 mart 2007 14:06 (UTC +04:00)
Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi bu gün növbəti iclasını keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub. Toplantıda Bakı şəhəri üzrə rayon təşkilatlarında qurultaya hazırlıqla bağlı təşkilati işlər başlanıldığı bildirilib. Partiyanın Yasamal RT-nin Məclisinin iclasının keçirildiyi və konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldığı qeyd olunub. Bundan əlavə, TK-nın qərarı ilə buraxılmış Nəsimi Rayon Təşkilatı yenidən bərpa olunub. Təşkilati məsələlərin müzakirəsi zamanı ADP-nin Naxçıvan, Yevlax və Tovuz RT-nın buraxılması barədə qərar qəbul edilib. Bu təşkilatların yenidən bərpa olunması üçün TK aidiyyəti qurumlarına tapşırıqlar verib. /APA/
Daxili siyasət
Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib
12:39
6 may 2024
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024