Bank Of Baku

Piter Semnebi: “Avropa İttifaqı Bakı-Tiflis-Axalkələk-Qars layihəsində iştirak etməsə də, bu layihəni alqışlayırıq”

Piter Semnebi: “Avropa İttifaqı Bakı-Tiflis-Axalkələk-Qars layihəsində iştirak etməsə də, bu layihəni alqışlayırıq”
# 05 mart 2007 14:43 (UTC +04:00)
“Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu layihəsi ilə bağlı məsələni Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirmək istəməzdim”. Bu açıqlamanı APA-ya Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi verib. Ermənistanın baş naziri ilə görüşündə Bakı-Tiflis-Axalkələk-Qars layihəsi ilə bağlı dialoqunu şərh edən Semnebi Avropa İttifaqının bu layihədə iştirak etmədiyini, bununla belə region ölkələrinin əməkdaşlıq cəhdlərini alqışladığını deyib. “Biz regionun bir çox ölkələrinin ölkənin iştirakı ilə keçirilən layihələri, o cümlədən Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu layihəsini alqışlayırıq. Ermənistanın baş naziri ilə Türkiyə ilə sərhədlərin açılmasını da müzakirə etdik. Bu, Avropa İttifaqının mövqeyidir və sərhədlərin açılması məsələsi bizim üçün prioritet olaraq qalır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR