Bank Of Baku

AXCP növbəti qurultayını 2007-ci ilin ikinci yarısında keçirmək qərarı verib

AXCP növbəti qurultayını 2007-ci ilin ikinci yarısında keçirmək qərarı verib
# 05 mart 2007 15:10 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayına hazırlıqla bağlı gələn aydan başlayaraq yerli təşkilatlarda konfransların keçirilməsinə başlayacaq. Bu barədə APA-ya partiya sədrinin təşkilati məsələlər üzrə müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, Ali Məclisin sonuncu iclasında qurultayın 2007-ci ilin ikinci yarısında keçirmək haqqında qərar qəbul edilib. H. Kərimov qurultayın keçirilməsi ilə bağlı təşkilati işlərin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə həvalə olunduğunu və Təşkilat Komitəsinə partiya sədri Əli Kərimlinin rəhbərlik etdiyini qeyd edib. Qurultayın tarixinin dəqiqləşdirilməsi də TK-nın səlahiyyətinə verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR