Bank Of Baku

KXCP-nin yerli təşkilatları icra hakimiyyətlərinə müraciət edib

KXCP-nin yerli təşkilatları icra hakimiyyətlərinə müraciət edib
# 05 mart 2007 15:10 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) yerli təşkilatları qərargahla təmin olunmaq üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına müraciət ediblər. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən daxil olub. KXCP-nin dövlət qeydiyyatına alınmasından sonra qanunda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi üçün icra strukturları tərəfindən müvafiq addımların atılmasını vacib hesab edən partiya bu istiqamətdə ilk olaraq partiyanın bütün rayon şöbələrinin qərargahla təmin olunmasını vacib sayıb. 67 rayon şöbəsi olan KXCP-nin bir sıra təşkilatlarının qərargahının olduğu da qeyd olunub. Buna görə də yalnız qərargahsız təşkilatlar icra strukturlarına müraciət ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR