Bank Of Baku

Kamal Kərinçsiz: “Topladığımız dəlillər Robert Köçəryan və 78 terrorçunun türk məhkəmələri tərəfindən ittiham edilməsi üçün kifayət edir”

Kamal Kərinçsiz: “Topladığımız dəlillər Robert Köçəryan və 78 terrorçunun türk məhkəmələri tərəfindən ittiham edilməsi üçün kifayət edir”
# 05 mart 2007 15:25 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlama verən Kamal Kərinçsiz Xocalı soyqırımını həyata keçirən şəxslərlə əlaqədar Roma Beynəlxalq Cəza Məhkəməsinə müraciət edəcəyini deyib: “2005-ci il iyulun 1-də qüvvəyə minən yeni Türk Cəza Qanunu xarici ölkələrdə yol verilmiş cinayət hadisələrinin məhkəmə istintaqının ölkəmizdə aparılmasına imkan verir. Buna görə də Xocalı soyqırımı ilə əlaqədar olan materialları məhkəmə istintaqına təqdim etməyə hazırlaşırıq. Hadisənin canlı şahidlərinin ifadələri, soyqırımının şahidi olmuş əcnəbi mətbuat nümayəndələrinin yazıları, kamera görüntüləri və başqa dəlillər cinayət işinə əlavə edilib. Bu soyqırımını həyata keçirən 78 nəfərin adını müəyyənləşdirmişik. Ermənistan bu soyqırımı cinayətkar dəstələr vasitəsi ilə həyata keçirib və soyqırımı törədənlərdən biri bu gün Ermənistana rəhbərlik edən Robert Köçəryandır. Topladığımız dəlillər Robert Köçəryan və 78 terrorçunun türk məhkəmələri tərəfindən ittiham edilməsi üçün kifayət edir”. Kamal Kərinçsiz məhkəmənin müsbət qərar verəcəyinə əmin olduğunu bildirib: “Bundan bir narahatçılığımız yoxdur türk məhkəməsinə güvənirik. Ancaq bəzi siyasi səbəblərə görə Türkiyə məhkəmələri Azərbaycan türkünün lehinə qərar verməsə, biz Hüquqşünaslar Birliyi olaraq qəti şəkildə geri addım atmayacaq, məsələni Beynəlxalq Cinayət Məhkəməsində qaldıracağıq. Çünki təkcə Xocalı hadisəsi, ondan əvvəl Azərbaycan türklərinin Ermənistandan məqsədli şəkildə deportasiya edilməsi, Qarabağın işğalı zamanı baş verən hadisələr bir millətin yox edilməsinə yönələn cinayətlərdir və soyqırım kimi tanınmalıdır. Bu siyasət Ermənistan hökumətinin təlimatı ilə həyata keçirilib. Bu gün Xocalı soyqırımından danışmayanlar 90 il əvvəlin fantastikasından dəm vururlar. Xocalı soyqırımını həyata keçirən həkimlərdən birinin yazdığı soyqırımı deyil, nədir?” Kamal Kərinçsiz hökumətin “erməni məsələsi” ilə bağlı siyasətində ziddiyyətlər olduğunu vurğulayıb: “Vanda Akdamar erməni kilsəsinin təmirinə bizim insanların alın təri hesabına büdcəyə köçürülən 2,2 milyon dollar vəsait xərclənir. Ermənilər bu kilsənin açılış mərasimini aprelin 24-nə - qondarma “erməni soyqırımı” gününə salmaq istəyirdilər. Türk hökumətinin bu məsələyə göz yumması heyrət doğurur. Bu kilsənin açılmasının ardınca hansı proseslərin baş verəcəyini çox yaxşı bilirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR