Bank Of Baku

Soydaşımız Eldar Əfəndiyev növbəti dəfə Estoniya parlamentinin deputatı seçilib

Soydaşımız Eldar Əfəndiyev növbəti dəfə Estoniya parlamentinin deputatı seçilib
# 05 mart 2007 15:44 (UTC +04:00)
Estoniya parlamentinə keçirilən seçkilərin rəsmi nəticələrinə görə hazırkı baş nazir Andrus Ansipin rəhbərlik etdiyi İslahatçılar Partiyası qalib gəlib. APA-nın məlumatına görə, islahatçıların topladığı 27,7% səs onlara 31 mandat qazandırıb. Hakim partiyadan 1,5% az səs toplayan Mərkəzçilər Partiyası parlamentdə 29 deputatla təmsil olunacaq. Bu partiyanın siyahısı üzrə mandat qazananlar arasında həmyerlimiz Eldar Əfəndiyev də var. Seçkilərin nəticələrinə görə Vətən İttifaqı və “Res Publika” bloku 17,8% (19 mandat), Sosial-Demokrat Partiyası 10,6% (10 mandat), Xalq İttifaqı 7,2% (6 mandat), Yaşıllar Partiyası 7,1% (6 mandat) səs toplayıb. Rusdilli əhalinin maraqlarının müdafiə edən Konstitusiya Partiyası cəmi 1 faiz qazanıb və parlamentdə təmsil olunmaq şansını itirib. Estoniya prezidenti Toomas Xendrik İlves yeni hökumətin formalaşdırılması səlahiyyətini indiki baş nazir Andrus Ansipə tapşıracağını bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR