Bank Of Baku

Nazim İbrahimov: “Azərbaycan və türk diasporlarının forumunda iki ölkənin diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası qəbul olunacaq”

Nazim İbrahimov: “Azərbaycan və türk diasporlarının forumunda iki ölkənin diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası qəbul olunacaq”
# 05 mart 2007 15:44 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) sədri Nazim İbrahimov deyib. Komitə sədri bildirib ki, Forumda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt, Litva parlament sədrinin müavini, Milli Münasibətlər Departamentinin baş direktoru, Estoniyanın milli münasibətlər naziri, Almaniya, Belçika, Bolqarıstan parlamentlərinin nümayəndələri və digər ölkələrin yüksək səviyyəli nümayəndə heyəti iştirak edəcək. N. İbrahimovun sözlərinə görə, tədbirdə Dağlıq Qarabağ, qondarma “erməni soyqırımı”na dair sənədlər, o cümlədən Türkiyə və Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının qəbul olunacağı gözlənilir: “Türkiyə və Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasında iki ölkənin diaspor təşkilatlarının tarixi və gələcək fəaliyyəti əks olunacaq. Bu sənəd hər iki ölkənin dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə hazırlanıb”. N. İbrahimov Forumda Türk və Azərbaycan Diaspor Təşkilatlarının Əlaqələndirmə Şurasının yaradılacağını da deyib. Komitə sədrinin sözlərinə görə, gələcəkdə iki ölkənin diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya olunmasında bu təşkilatın böyük rolu olacaq. O, Forumdan bir gün sonra Bakıda Avropa Azərbaycanlılarının II Qurultayının keçiriləcəyini bildirib: “Qurultayda təşkilatın strukturunda dəyişiklərin olacağı gözlənilir. Nizamnaməyə görə, quruma prezident və vitse-prezidentlər seçilməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR