Bank Of Baku

Rafiq Əliyev: “Azərbaycanda dinin dövlətə, dövlətin isə dinə ehtiyacı var”

Rafiq Əliyev: “Azərbaycanda dinin dövlətə, dövlətin isə dinə ehtiyacı var”
# 06 mart 2007 10:04 (UTC +04:00)
“İrşad” Araşdırmalar Mərkəzində xaricdə təhsil alan tələbələrin iştirakı ilə “Qərb-Şərq dinlərarası dialoq və müasir Azərbaycanda dini durum” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “İrşad” Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev son zamanlar Şərq və Qərb dünyası arasında durumun gərginləşdiyini, bu gərginliyin dini müstəviyə keçməsinin məsələni daha da siyasiləşdirdiyini bildirib. Azərbaycanda din və dövlət məsələlərinə toxunan R. Əliyev ölkədə dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edib: “Azərbaycan dünyəvi dövlətdir. Dünyada yalnız üç ölkədə - Fransa, Azərbaycan və Türkiyədə din dövlətdən ayrıdır. Bu cür mexanizm heç bir dövlətdə yoxdur. Bizim ölkədə dinin dövlətə, dövlətin isə dinə ehtiyacı var. Əgər dövlət olmasa, din bəzi qüvvələrin təsiri ilə parçalanar, din olmazsa, mənəvi dəyərlər unudular”. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun kafedra müdiri Abutalıb Məmmədov dini maarifləndirməyə ehtiyac duyulduğunu, həmçinin tolerantlıq və dözümlülük göstərməyin vacibliyini vurğulayıb. Tədbirdə iştirak edən digər teoloqlar da dinlərarası gərginliyin qarşısının alınması üçün maariflənməyə ehtiyac olduğunu qeyd ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR