Bank Of Baku

Azərbaycan Yaşıllar Partiyası “Xəzər regionunda geosiyasi vəziyyət və təhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirib

Azərbaycan Yaşıllar Partiyası “Xəzər regionunda geosiyasi vəziyyət və təhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirib
# 06 mart 2007 10:10 (UTC +04:00)
Azərbaycan Yaşıllar Partiyası (AYP) “Xəzər regionunda geosiyasi vəziyyət və təhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, AYP həmsədri Təranə Məmmədova partiyanın beynəlxalq əlaqələri haqda məlumat verərək bildirib ki, qurum Gürcüstan Yaşıllar Partiyası ilə əməkdaşlığa dair memorandum imzalayıb. AYP həmsədri Mais Güləliyev “Xəzər regionunda geosiyasi vəziyyət və təhlükəsizlik problemləri” mövzusunda çıxış edib. O, Xəzərin hərbiləşdirilməsi cəhdlərini ciddi təhlükə adlandırıb və Azərbaycan cəmiyyətində bununla bağlı diskussiyaların aparılmasını məqsədəuyğun hesab etdiyini deyib: “Əgər Azərbaycan Xəzərin hərbiləşdirilməsi istiqamətində aparılan siyasətin lehinə mövqe nümayiş etdirsə, qonşu dövlətlər tərəfindən adekvat münasibətlə qarşılaşa bilər”. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbirin sonunda isə Xəzər regionunda geosiyasi vəziyyətlə bağlı bəyanat imzalanıb. Bəyanatda Xəzərin hərbiləşdirilməsinə qarşı etiraz bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR