Bank Of Baku

Mətbuat Şurası Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib

Mətbuat Şurası Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib
# 06 mart 2007 10:19 (UTC +04:00)
MŞ sədri bildirib ki, bir müddət əvvəl Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Nizami Bəhmənov quruma etdiyi şikayətində “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin www.atc.az veb-saytına müsahibəsində Xocalı faciəsi barədə yanlış məlumat verdiyini, Azərbaycan xalqını təhqir etdiyini göstərib. N. Bəhmənov qeyd edib ki, E. Fətullayev Xocalı soyqırımını azərbaycanlıların törətdiyini deyib. Martın 2-də MŞ-nin şikayətlər üzrə komissiyasında N. Bəhmənov və E. Fətullayev dinlənilib. N.Bəhmənov baş redaktorun azərbaycanlılarla bağlı yanlış məlumatlar verdiyini iddia edib, E.Fətullayev isə sözügedən veb-saytdan xəbərsiz olduğunu söyləyib. Baş redaktor belə bir veb-sayta müsahibə vermədiyini bildirib və bu saytda yayılan müsahibəni özünə qarşı təxribat adlandırıb: “Vəziyyətin ciddiliyini nəzərə alan şikayətlər üzrə komissiya qərara gəlib ki, məsələni müvafiq orqanlar daha dəqiq araşdıra bilər. Buna görə MTN-ə müraciət olunub. Müraciətdə belə bir saytın həqiqətən olub-olmadığının, Eynulla Fətullayevin açıqlama verib-vermədiyinin araşdırılması xahiş edilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR