Bank Of Baku

AXCP Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə yenidən müraciət edəcək

AXCP Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə yenidən müraciət edəcək
# 06 mart 2007 10:42 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qərargah ayrılması ilə bağlı müraciətə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) cavab verməsə, partiya sözügedən komitəyə yenidən müraciət edəcək. Bu barədə APA-ya AXCP-nin Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. Dövlət Komitəsinə edilmiş müraciətdən bir aydan artıq vaxt keçdiyini bildirən Q. Əlibəyli bu vaxta qədər nə müsbət, nə də mənfi cavabın verildiyini qeyd edib: “Hətta bizim müraciətimizlə maraqlanan olmayıb. Ona görə də düşünürük ki, yenidən müraciət edək”. Q. Əlibəyli qərargahın ayrılması ilə bağlı kütləvi aksiyaların keçirilməsinin nəzərdə tutulmadığını deyib.
DƏİEDK-nin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə APA-ya açıqlamasında AXCP-nin müraciətinin komitəyə daxil olduğunu və hələlik cavab verilmədiyini deyib. Q. Xəlilov müraciətə nə vaxt cavab veriləcəyindən məlumatı olmadığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR