Bank Of Baku

İran tərəfi bu ölkəyə məxsus vertolyotların Azərbaycanın hava sərhədlərini pozması ilə bağlı üzrxahlıq edib

İran tərəfi bu ölkəyə məxsus vertolyotların Azərbaycanın hava sərhədlərini pozması ilə bağlı üzrxahlıq edib
# 06 mart 2007 11:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavini bildirib ki, İranda səfərdə olarkən vertolyotların Azərbaycanın hava sərhədini pozması barədə etirazını bu ölkənin müvafiq qurumlarına çatdırıb: “İranlı həmkarımla görüşdə bu məsələni müzakirə etdik. Onlar bunun bilərəkdən yox, təsadüfən olduğunu deyərək, üzrxahlıq etdilər. Biz də hesab edirik ki, İran vertolyotlarının Azərbaycan sərhədlərini pozması bilərəkdən edilməyib”.
Qeyd edək ki, fevralın 22-də İran vertolyotları Astara istiqamətində Azərbaycanın hava məkanını pozub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR