Bank Of Baku

Vasili İstratov: “NATO-nun genişlənməsi bizi narahat etmir”

Vasili İstratov: “NATO-nun genişlənməsi bizi narahat etmir”
# 06 mart 2007 11:21 (UTC +04:00)
“Təhlükəsizliklə bağlı məsələlərini necə həll etməyi hər ölkə özü müəyyənləşdirir. Hansısa ölkə öz təhlükəsizliyini yalnız NATO çərçivəsində təmin edə biləcəyini düşünürsə, bu, onun suveren hüququdur”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. NATO-nun genişlənməsinin hansı zərurətdən irəli gəldiyi və alyansa daxil olmaq istəyən ölkələrin hansı təhlükələrlə qarşılaşdıqlarını anlamadıqlarını bildirən diplomat bu prosesdən narahat olmadıqlarını da vurğulayıb: “NATO bəlli bir regionun hərbi-siyasi düşərgəsi kimi yaradılıb və həmin regionun xaricində məhdud imkanlara malikdir. Şərti olaraq deyək ki, blok Asiyadakı üzvlərinə hərbi yox, yalnız siyasi dəstək verə bilər. Rusiya sərhədlərinin əsas hissəsi Asiyadan keçir və biz NATO-ya üzv olsaq, təşkilat bu sərhədlərin təhlükəsizliyini təmin edə bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR