Bank Of Baku

Mübariz Əhmədoğlu: “Serb qaçqınları Kosovaya qayıtmayanadək Rusiya MDB ərazisindəki qaçqınların öz yurdlarına dönməsinə imkan verməyəcək”

Mübariz Əhmədoğlu: “Serb qaçqınları Kosovaya qayıtmayanadək Rusiya MDB ərazisindəki qaçqınların öz yurdlarına dönməsinə imkan verməyəcək”
# 06 mart 2007 11:36 (UTC +04:00)
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) 2007-ci ilin fevral ayında baş verən beynəlxalq və regional ictimai-siyasi proseslərin yekunları ilə bağlı hesabatını açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Mübariz Əhmədoğlu bildirib ki, fevralda ABŞ-ın müttəfiqlərinin, o cümlədən Böyük Britaniyanın İraqdan qoşunlarını çıxarmağa başlamasını, ABŞ-Çin münasibətlərində gərginliyi, Türkmənistanda prezident seçkilərinin keçirilməsini dünya siyasətində baş verən mühüm hadisələr kimi dəyərləndirib. Cənubi Qafqaz regionuna gəlincə, politoloq qeyd edib ki, Tiflisdə Türkiyənin baş naziri Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Mixail Saakaşvilinin Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolu bağlantısı layihəsinin tikintisinə dair müqavilə imzalanması ötən ay regionda baş verən ən mühüm hadisə kimi səciyyələndirilə bilər. M. Əhmədoğlu Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində səylərin fevral ayında da davam etdiyini deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ problemilə bağlı Ermənistan əvvəlcədən razılaşdırılmış bəzi məsələlərdən geri çəkilib: “Etimal etmək olar ki, Ermənistan Dağlıq Qarabağ azərbaycanlılarının öz doğma yurdlarına dönməsi ilə bağlı məsələdə geri çəkilib. Hesab edirəm ki, bu, Rusiyanın Kosovadakı maraqları ilə əlaqədardır. Serb qaçqınları Kosovaya qayıtmayanadək Rusiya MDB ərazisindəki münaqişələr nəticəsində qaçqın düşmüş şəxslərin ilkin yaşayış məntəqələrinə dönməsinə imkan verməyəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR