Bank Of Baku

Vasili İstratov: “ABŞ-ın Raket Hücumundan Müdafiə Sistemi quraşdırmaq üçün Cənubi Qafqaz respublikaları ilə danışıq aparması barədə bizdə məlumat yoxdur”

Vasili İstratov: “ABŞ-ın Raket Hücumundan Müdafiə Sistemi quraşdırmaq üçün Cənubi Qafqaz respublikaları ilə danışıq aparması barədə bizdə məlumat yoxdur”
# 06 mart 2007 11:47 (UTC +04:00)
“ABŞ-ın Cənubi Qafqazda Raket Hücumundan Müdafiə Sistemi quraşdırmaqla bağlı Azərbaycan, Gürcüstan və ya Ermənistanla danışıqlar aparması barədə bizdə məlumat yoxdur”. APA-nın məlumatına görə, bu fikirləri keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov verib. O, heç bir ölkəni ittiham etmək niyyətində olmadıqlarını deyib: “Ya Cənubi Qafqaz respublikaları ilə danışıqlar aparılmır, ya da ölkələrdən biri bununla bağlı tam informasiya vermir. Bizdə belə danışıqların aparılmasına dair məlumat yoxdur”. Federasiya Şurasının sədri Sergey Mironovun Azərbaycana səfəri ilə bağlı sualı cavablandıran Vasili İstratov səfərin baş tutacağını bildirib: “Lakin səfər proqramı və Sergey Mironovun Azərbaycana nə zaman gələcəyi barədə konkret heç nə deyə bilmərəm”. Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyada cəmi 159 min azərbaycanlının yaşaması ilə bağlı mövqeyinə münasibət bildirən səfir bağlı Rusiya və Azərbaycanın miqrasiya qurumlarının bu məsələ ilə statistika aparmadığını deyib. “Daxili İşlər Nazirliyinin hesablamaları da statistikaya deyil, sorğuya əsaslanır. Bu rəqəmləri yoxlamaq çox çətindir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR