Bank Of Baku

Bakıda Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının birgə iclası keçirilir

Bakıda Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının birgə iclası keçirilir
# 06 mart 2007 11:57 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda iştirak etmək üçün Gürcüstanın Delimitasiya və Demarkasiya üzrə Dövlət Komissiyasının sədri, xarici işlər nazirinin müavini Georqi Mancqaladzenin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyəti dünən Bakıya gəlib. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze APA-ya açıqlamasında bildirib ki, 480 kilometrlik sərhədin 35-40 faizi hələ razılaşdırılmayıb. Tərəflər bu gün və sabah keçiriləcək görüşdə irəliləyişə nail olmağa ümid edirlər.
Qeyd edək ki, Azərbaycan tərəfdən dövlət komissiyasına xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR