Bank Of Baku

ABŞ “Yeni Qara dəniz strategiyası”nı yaxın günlərdə Azərbaycan hökumətinə təqdim edəcək

ABŞ “Yeni Qara dəniz strategiyası”nı yaxın günlərdə Azərbaycan hökumətinə təqdim edəcək
# 06 mart 2007 12:03 (UTC +04:00)
Amerika rəsmilərinin dəfələrlə Buxarestin ABŞ-ın Qara dənizdəki vacib dayağı olacağını bəyan etmələrinə baxmayaraq, yeni layihədə Rumıniya arxa plana yerləşdirilib. Amerika planında sahilyanı ölkələrin təhlükəsizlik problemlərinin ortaq qaydada qəbul edilməsi və Türkiyənin regionda geostrateji hakimlik səylərinin dəstəklənməsi nəzərdə tutulur. Buna səbəb Vaşinqton və Ankaranın maraqlarının əksər hissəsinin üst-üstə düşməsidir. “Türkiyəsiz nəticə əldə edə bilməyəcəyik” deyən yüksək vəzifəli Pentaqon təmsilçisi Vaşinqtonun yeni strategiya layihəsini Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Ukrayna və Yunanıstan hökumətlərinə təqdim edəcəyini bildirib. ABŞ sahilyanı dövlətləri Türkiyənin əlaqələndirdiyi “Black Sea Harmony” təhlükəsizlik proqramında fəal iştirak etməyə çağırıb. Bu proqram çərçivəsində dəniz nəqliyyatına dair gizli informasiyaların mübadiləsi gerçəkləşdirilir. Rusiya bu proqrama 2006-cı ilin dekabrında qoşulub, Rumıniya və Ukrayna isə danışıqların son mərhələsinə qədəm qoyublar. Bununla bərabər Pentaqon Rusiyadan əməkdaşlıq gözləmədiyini bəyan edib: “Onlar bu təşəbbüsə öz nüfuz dairələrinə müdaxilə kimi baxırlar”. Qeyd edək ki, Moskva ötən ilin iyununda Avropa İttifaqının Qara dənizdə əməkdaşlıq və təhlükəsizlik üzrə yeni planına mənfi münasibət nümayiş etdirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR