Bank Of Baku

Azərbaycan və Türk diaspor təşkilatlarının birinci Forumuna dəvətli olan qonaqların bir qismi artıq Bakıya gəlib

Azərbaycan və Türk diaspor təşkilatlarının birinci Forumuna dəvətli olan qonaqların bir qismi artıq Bakıya gəlib
# 06 mart 2007 12:20 (UTC +04:00)
Azərbaycan və Türk diaspor təşkilatlarının martın 9-da keçiriləcək birinci Forumuna dəvətli olan qonaqların bir qismi artıq Bakıdadır. Xarici Ölkələrdə Yaşayan İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu sıraya Böyük Britaniya. Estoniya, Rusiyadan gələn nümayəndələr daxildir. Qonaqların böyük əksəriyyəti isə sabah və növbəti gün Bakıya gələcək. Forumun nümayəndələri sırasında Türkiyə Böyük Millət Məclisinin üzvləri çoxluq təşkil edir. Millət vəkilləri Yüksəl Artantaş, Dursun Akdemir, Haluk İpek, Şaban Dişli, Mövlut Çavuşoğlu, Mövlut Akgün, Faruk Çelik, Agah Kafqaz, Orhan Erdem, Hüseyn Tanrıverdi ilə yanaşı, Türk Dünyası Dostluq, Qardaşlıq və Əməkdaşlıq Fondunun sədri Əbdülhaluk Çay da Forumda iştirak edəcək.
Komitənin məlumatına bildirilir ki, Ukrayna Ali Radasının deputatları Mustafa Cəmilov, Eduard Zeynalov, Valeri Çiçikov, Oleq Antipov, Aleksandr Feldman, Refat Çebarov, Estoniya Seyminin deputatları Eldar Əfəndiyev, Evelin Sepp, bu ölkənin milli münasibətlər naziri Paul Eerik Rummo, Litva Seyminin deputatı Oleq Denisovs Mils Uşakovs, Seymin sədr müavini Gintaras Stepanoviçius, Qırğızıstan prezidentinin müşaviri Bolotbek Şəmsiyev, Qazaxıstanın YUNESCO-dakı səfiri Oljas Suleymenov və başqalarının da Foruma qatılacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR