Bank Of Baku

Ağacan Əbiyev: “Murtuz Ələsgərovla Cəlal Əliyev səhhətlərində problemlər olduğu üçün parlamentin iclaslarına qatılmırlar”

Ağacan Əbiyev: “Murtuz Ələsgərovla Cəlal Əliyev səhhətlərində problemlər olduğu üçün parlamentin iclaslarına qatılmırlar”
# 06 mart 2007 12:50 (UTC +04:00)
“Murtuz Ələsgərovla Cəlal Əliyev səhhətlərində problemlər olduğu üçün parlamentin iclaslarına qatılmırlar”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Əbiyev deyib. “Mən özüm də bir neçə dəfə iclaslara gələ bilməmişəm. Amma bu, üzrlü səbəbdən olub. Üzrlü səbəb olmadan üç dəfədən artıq Milli Məclisin iclaslarına gəlməyən deputatlara xəbərdarlıq olunur” deyən A. Əbiyevin sözlərinə görə, İntizam komissiyasının martın sonunda keçiriləcək iclasında bütün məsələlərə aydınlıq gətiriləcək. Pənah Hüseynin İntizam komissiyasının iclasına çağırılaraq ona xəbərdarlıq olunacağı haqda açıqlamasına gəlincə, A. Əbiyev adı çəkilən deputatın artıq normal fəaliyyət göstərdiyini bildirib: “Bu səbəbdən onun iclasa çağırılmasına ehtiyac görmürəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR