Bank Of Baku

Apreldə Almaniya Bundestaqında azərbaycanlı tələbələrin forumu keçiriləcək

Apreldə Almaniya Bundestaqında azərbaycanlı tələbələrin forumu keçiriləcək
# 06 mart 2007 13:59 (UTC +04:00)
Aprel ayında Almaniya Bundestaqında azərbaycanlı tələbələrin forumu keçiriləcək. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, aprelin 19-21-də Alman Məzunlar Şəbəkəsi (DAN) və Avropa Azərbaycanlı Tələbələr Forumu (FASE) Berlində Almaniya və digər Avropa ölkələrində təhsil alan azərbaycanlı gənclərin forumunu keçirəcək. Forumun “Gələcək bir fikir kimi” mövzusu ətrafında gerçəkləşdirilməsi nəzərdə tutulub və Azərbaycanın yaxın 20 ildə inkişaf yolunun müzakirə olunması planlaşdırılıb. Tədbirdə Avropa Parlamentinin türk mənşəli deputatı Cem Özdəmir, Almaniya Xristian Demokrat İttifaqından Andreas Şokenhoff və digər siyasi xadimlər çıxış edəcəklər. Forumda müxtəlif Avropa və Almaniya gənclər təşkilatlarının nümayəndələrinin də iştirakı nəzərdə tutulub. Bənzər forumlar cari ilin may ayında Brüsseldə, iyunda Londonda və oktyabrda Parisdə keçiriləcək. Qeyd edək ki, ilk belə tədbir 2006-cı ilin mayın 28-31-də Brüsseldə, Avropa Parlamentində keçirilmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR