Bank Of Baku

Türkiyənin Quru Qoşunları komandanı İlkər Başbuğ bu gün Azərbaycana gəlib

Türkiyənin Quru Qoşunları komandanı İlkər Başbuğ bu gün Azərbaycana gəlib
# 06 mart 2007 14:29 (UTC +04:00)
APA-nın məlumatına görə, general İ. Başbuğ Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib, Türk Şəhidliyində ağac əkib, Xatirə Kitabına təəssüratlarını yazıb. Səfərinin məqsədi ilə bağlı məlumat verən İ. Başbuğ deyib ki, Azərbaycan onun Quru Qoşunları komandanı kimi səfər etdiyi ikinci ölkədir: “Səfərimin məqsəd Azərbaycan Silahlı Qüvvələrinin vəziyyəti ilə tanış olmaq, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə etməkdir”.
Bu gün İ. Başbuğ müdafiə naziri Səfər Əbiyevlə görüşəcək, martın 7-də isə generalın prezident İlham Əliyevi qəbul edəcəyi gözlənilir.
İ. Başbuğun Azərbaycana səfəri martın 8-da başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR