Bank Of Baku

İlkər Başbuğ: “Türkiyənin yüksək rütbəli hərbçilərinin Azərbaycana son səfərlərinin İranla ABŞ arasında kəskinləşən münasibətlərlə bağlılığı yoxdur”

İlkər Başbuğ: “Türkiyənin yüksək rütbəli hərbçilərinin Azərbaycana son səfərlərinin İranla ABŞ arasında kəskinləşən münasibətlərlə bağlılığı yoxdur”
# 06 mart 2007 14:33 (UTC +04:00)
“NATO-nun fəal üzvlərindən olan Türkiyənin yüksək rütbəli hərbi rəsmilərinin Azərbaycana son səfərlərinin İranla ABŞ arasında son zaman kəskinləşən münasibətlərlə bağlılığı yoxdur”. APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı İlkər Başbuğ deyib: “Səfərlərimizin İran-ABŞ qarşıdurması ilə heç bir əlaqəsi yoxdur. Türkiyə Silahlı Qüvvələri komandanlığında fəaliyyətə başlayan hər kəs ilk səfərlərini dost, qardaş Azərbaycana edir”.
O, türkiyəli generallardan birinin Azərbaycan müdafiə nazirinin müavini təyin olunacağı haqda yayılan məlumatları da təkzib edib. İ. Başbuğ onu da əlavə edib ki, Azərbaycan rəsmiləri ilə həm ölkələr arasında hərbi əməkdaşlıq məsələlərini, həm də regional vəziyyəti müzakirə edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR