Bank Of Baku

AMİP Bakı şəhər İcra Hakimiyyətinin cavabı ilə bağlı bəyanat yayıb

AMİP Bakı şəhər İcra Hakimiyyətinin cavabı ilə bağlı bəyanat yayıb
# 06 mart 2007 14:52 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Güney Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı İranın Bakıdakı səfirliyinin qarşısına təyin olunmuş aksiyaya Bakı Şəhər İcra Hakimiyyətinin icazə verməməsi ilə bağlı bu gün bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda şəhər rəhbərliyinin qəbul etdiyi qərarın qanuna və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zidd olduğu bildirilib. AMİP şəhər rəhbərliyini qanunlara əməl etməyə və aksiya iştirakçılarının təhlükəsizliyini təmin etməyə çağırıb. Partiya eyni zamanda bildirib ki, Güney Azərbaycanda başlamış milli hərəkatın qalibiyyətlə başa çatmasını özünün prioritet vəzifələrindən biri hesab edir. AMİP polisin müdaxiləsinə və hakimiyyətin mövqeyinə baxmayaraq, təyin etdiyi aksiyanı keçirəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR