Bank Of Baku

Bakıda inşa edilmiş “Müqəddəs Məryəm” katolik kilsəsinin qeyri-rəsmi açılışı aprelin sonunda olacaq

Bakıda inşa edilmiş “Müqəddəs Məryəm” katolik kilsəsinin qeyri-rəsmi açılışı aprelin sonunda olacaq
# 06 mart 2007 15:14 (UTC +04:00)
Bakıda inşa edilmiş “Müqəddəs Məryəm” katolik kilsəsinin qeyri-rəsmi açılışı bu il aprelin sonlarında keçiriləcək. Bu barədə APA-ya katolik kilsənin rəhbəri Yan Çapla məlumat verib. Onun sözlərinə görə, rəsmi açılışda Vatikanın dövlət katibi Tarçizio Bertonenin iştirakı üçün Vatikanın Azərbaycandakı nunsisi Klaudio Qucerotti, eyni zamanda Azərbaycanın Vatikandakı səfiri Elçin Əmirbəyov danışıqlar aparır. Lakin dövlət katibinin iş qrafiki onun Azərbaycana ya iyul, ya da sentyabrda gəlməsinə imkan verir: “Bu səbəbdən kilsənin rəsmi açılış mərasimi dövlət katibi Azərbaycana gələndə keçiriləcək və tədbirdə çoxsaylı qonaq iştirak edəcək. Apreldə keçiriləcək qeyri-rəsmi açılışda isə nunsi və Azərbaycanda fəaliyyət göstərən üç əsas dini konvensiyanın rəhbərlərinin iştirakı gözlənilir”.
Qeyd edək ki, “Müqəddəs Məryəm” kilsəsinin inşasına 2005-ci il sentyabrın 24-də başlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR