Bank Of Baku

Azərbaycanın ilk idman agentliyi “APA-Sport” fəaliyyətə başlayıb

Azərbaycanın ilk idman agentliyi “APA-Sport” fəaliyyətə başlayıb
# 06 mart 2007 15:23 (UTC +04:00)
APA-Sport” portalı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Bu portal da ölkədə üç dildə fəaliyyət göstərən ilk və yeganə idman portalıdır.
Agentlik xəbərlərində Azərbaycan və dünya idmanın bütün sahələrini əhatə edəcək. Dünyanın və Azərbaycanın idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayacaq, bu sahənin problemləri ilə bağlı araşdırmalar yayacaq. “APA-Sport”un oxucuları agentliyin əməkdaşlarının və tanınmış mütəxəssislərin köşə yazıları, şərhləri ilə də tanış ola biləcəklər. “APA-Sport”da həmçinin futbol turnirlərini canlı izləmək, önəmli turnirlərdən foto-sessiyanı seyr etmək mümkün olacaq.
Artıq “APA-Sport”un aktivində FİDE-nin vitse-prezidenti Zurab Azmayparaşvili, UEFA-nın birinci vitse-prezidenti Şenes Erzik, “Barselona” futbol klubunun meneceri Yaqo Aqillera, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın keçmiş prezidenti Fuad Musayev, dünya şöhrətli şahmatçılar Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov və digər tanınmışlarla eksklüziv müsahibələr var.
Qeyd edək ki, bundan əvvəl APA-nın APA-Economics və APA-Photo agentlikləri də fəaliyyətə başlayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR