Bank Of Baku

ABŞ-ın Avropadakı Qoşunlarının Komandanlığı ilə Azərbaycan Müdafiə Nazirliyi birgə İş Planı hazırlayır

ABŞ-ın Avropadakı Qoşunlarının Komandanlığı ilə Azərbaycan Müdafiə Nazirliyi birgə İş Planı hazırlayır
# 06 mart 2007 15:25 (UTC +04:00)
Bu barədə APA ABŞ-ın Avropadakı Qoşunlarının Komandanlığının rəsmi saytına istinadən məlumat yayıb. İş planı fevralın 21-24-də Ştutqartda EUCOM-un Strateji Siyasət və Qiymətləndirmə direktorluğu, Avropa Diviziyasının rəisi, ordu polkovniki Alpo Porteli və Azərbaycanın Müdafiə Nazirliyi Əməliyyatlar və Döyüş Hazırlığı şöbəsinin rəisi, polkovnik Səməndər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşündə müzakirə olunub.
EUCOM-un mətbuat katibliyinin məlumatına görə, İş Planı komandanlığın Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq səylərinin daha da effektli koordinasiyasına xidmət edən planların həyata keçirilməsini nəzərdə tutur. İş Planına dair müzakirələr apreldə Bakıda keçirilməsi planlaşdırılan İkitərəfli Əməkdaşlıq və Planlaşdırma Konfransında davam edəcək.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik APA-ya açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, İş Planının detalları, eləcə də konfransda hansı məsələlərin müzakirə olunacağı barədə məlumatsız olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR