Bank Of Baku

Britaniyalı diplomat QHT rəhbərləri ilə görüşüb

Britaniyalı diplomat QHT rəhbərləri ilə görüşüb
# 06 mart 2007 15:49 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Böyük Britaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz üzrə bölməsinin rəhbəri Sofia Braun bu gün ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşüb. Bu barədə APA-ya İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı məlumat verib. Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli, “Vətəndaş Cəmiyyəti Uğrunda“ Müstəqil Məsləhət və Yardım Mərkəzinin sədri Eldar İsmayılovun qatıldığı görüşdə ölkədə demokratikləşmənin və insan haqlarının durumu müzakirə olunub. S. Qocamanlı bildirib ki, Sofia Braunun ölkəmizə səfəri və onlarla görüşü tanışlıq xarakteri daşıyır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR