Bank Of Baku

Səfər Əbiyev Türkiyə Quru Qoşunları komandanını qəbul edib

Səfər Əbiyev Türkiyə Quru Qoşunları komandanını qəbul edib
# 06 mart 2007 16:01 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə Quru Qoşunları komandanı, ordu generalı İlkər Başbuğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Əbiyev qonaqlara Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və NATO ilə Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı üzrə əməkdaşlığın vəziyyəti barədə məlumat verib. Nazir Azərbaycan Silahlı Qüvvələrinin quruculuğunda və inkişafında qardaşlıq yardımı göstərdiklərinə görə Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyinə təşəkkürünü bildirib. İ. Başbuğ isə qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri bundan sonra da Azərbaycan Silahlı Qüvvələrinin inkişafı üçün köməyini əsirgəməyəcək. Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlunun da qatıldığı görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR