Bank Of Baku

Balakəndə YAP-ın rayon təşkilatının təsis olunmasının 14-cü ildönümü və Beynəlxalq Qadınlar günü qeyd olunub

Balakəndə YAP-ın rayon təşkilatının təsis olunmasının 14-cü ildönümü və Beynəlxalq Qadınlar günü qeyd olunub
# 07 mart 2007 09:47 (UTC +04:00)
Bu gün Balakəndə Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının təsis olunmasının 14-cü ildönümü və 8 Mart - Beynəlxalq Qadınlar günü qeyd olunub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Qeyd edək ki, YAP-ın Balakən rayon təşkilatı 1993-cü il martın 7-də təsis olunub. Tədbirdə RİH aparatının nümayəndələri, rayon ziyalıları və YAP-ın üzvləri iştirak edibLƏR. Tədbir iştirakçıları öncə YAP-ın yaradıcısı Heydər Əliyevin büstü önünə əklil qoyublar. Tədbirdə çıxış edən YAP-ın Balakən rayon təşkilatının sədri Akif Uluxanov partiyanın yaranma tarixi və YAP-ın Azərbaycanın müstəqilliyi uğrunda əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Daha sonra 8 Mart - Beynəlxalq Qadınlar günü əlaqədar mərasim keçirilib.
Şəki, Qax və Zaqatalanın RİH aparatlarından APA-ya daxil olan məlumata görə, bu gün sözügedən rayonlarda da Beynəlxalq Qadınlar günü münasibəti ilə bayram tədbirləri keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR