Bank Of Baku

Adil Qeybulla: “Müsavat Partiyasının Əli İnsanovla bağlı bəyanatına qoşulmuram”

Adil Qeybulla: “Müsavat Partiyasının Əli İnsanovla bağlı bəyanatına qoşulmuram”
# 07 mart 2007 10:11 (UTC +04:00)
“Əli İnsanov kimi adamı müdafiə etmək kimsəyə xeyir gətirmir. Ona görə də mən Müsavat Partiyasının keçmiş səhiyyə nazirini müdafiə etməklə bağlı bəyanatına fərd olaraq qoşulmuram”. Bu fikirləri APA-ya açıqlamasında Müsavat Divanının üzvü, partiyanın tibb komissiyasının sədri Adil Qeybulla Müsavat Partiyasının Əli İnsanovla bağlı qəbul etdiyi bəyanata münasibət bildirərkən deyib. Divanın sonuncu iclasında iştirak etmədiyi üçün bəyanatla bağlı fikirlərini bildirmədiyini deyən A. Qeybulla ədalətin tərəfində olmağı vacib sayır: “Mən Əli İnsanovu haqlı saymıram. O, konkret məsələlərdə ittiham edilir və bu ittihamların əksəriyyəti sübut olunub. Vaxtilə Əli İnsanovun sanitardan tutmuş həkimə qədər səhiyyə işçilərini zorla YAP sıralarına qəbul etdirməsi hamının gözü qarşısında olub. Belə olan halda, onun bu gün bütün partiyanı yaramaz adlandırması etikaya sığmır. Çünki bu partiyada kifayət qədər ləyaqətli insan da var. Bu məsələlər onu göstərir ki, bu adam həmişə yalnız şəxsi mənafeyindən çıxış edib”.
Müsavat Partiyasını başqanının müşaviri Səxavət Əlisoy isə partiyanın bəyanatını müdafiə edir. Onun sözlərinə görə, Ə. İnsanov artıq həqiqəti dərk edib: “YAP-la bağlı fikirlərindən sonra onu bağışlamışam”.
Qeyd edək ki, A. Qeybulla və S. Əlisoyu Ə. İnsanov işdən çıxarıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR