Bank Of Baku

Sərbəst toplaşmaq hüququnun monitorinqi ilin sonuna qədər davam edəcək

Sərbəst toplaşmaq hüququnun monitorinqi ilin sonuna qədər davam edəcək
# 07 mart 2007 10:29 (UTC +04:00)
“Sərbəst toplaşmaq azadlığı ilə bağlı aparılan monitorinq prosesində qanun pozuntusu halları aşkarlansa, məhkəməyə müraciət edəcək, lazım gələrsə Avropa İnsan Haqları Məhkəməsinə üz tutacağıq”. Bu sözləri APA-ya Əmək Hüquqlarını Müdafiə Liqasının (ƏHML) sədri Sahib Məmmədov deyib. S. Məmmədovun sözlərinə gərə, monitorinq çərçivəsində qanunvericilik bazası, real vəziyyət, sərbəst toplaşmaq hüququndan yararlanmaq istəyənlərin müraciətləri, hakimiyyətin bu yöndə atdığı addımlar analiz ediləcək. Monitorinq dekabradək davam edəcək. Layihə çərçivəsində sərbəst toplaşmaq azadlığı hüququ ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, ƏHML martın 1-dən ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunması vəziyyətini araşdırmaq üçün monitorinqə başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR