Bank Of Baku

AMİP-çilər İran səfirliyinin binası qarşısında aksiya keçirməyə cəhd göstəriblər

AMİP-çilər İran səfirliyinin binası qarşısında aksiya keçirməyə cəhd göstəriblər
# 07 mart 2007 10:45 (UTC +04:00)
Bu gün Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirməyə cəhd göstəriblər. APA-nın məlumatına görə, aksiya keçiriləcək ərazini əvvəlcədən nəzarətə götürən Səbayel rayon Polis İdarəsinin əməkdaşları AMİP-çilərin binaya yaxınlaşmasına imkan verməyiblər. Təyin olunan vaxtda başlayan aksiya zamanı polislər beş iştirakçını saxlayıblar. Bundan sonra isə piketin qətnaməsinin oxunmasına razılıq verilib. Qətnamədə İranda həbs olunmuş milli hərəkat üzvlərinin azad edilməsi, ana dilində təhsil almaq hüququnun bərpa olunması tələb edilib. Polis əməkdaşları bildiriblər ki, saxlanılan AMİP-çilər 9 saylı polis bölməsinə aparılıblar və xəbərdarlıq edildikdən sonra azad ediləcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR