Bank Of Baku

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyəyə səfər edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyəyə səfər edib
# 07 mart 2007 11:13 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin İqdır vilayətinə səfər edib. APA-nın Türkiyə bürosunun məlumatına görə, səfərin məqsədi Türkiyə ilə Naxçıvan arasında iqtisadi, mədəni əlaqələrin, sərhəd ticarətinin inkişaf etdirilməsidir. Vasif Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti İqdır valisi Saim Saffet Karahisarlı ilə görüşüb. Vali bildirib ki, Türkiyə ilə Azərbaycan arasında tarixi əlaqələr var. V.Talıbov isə bildirib ki, iki ölkənin dövlət başçıları hər zaman dost əlaqələri qurublar: “Naxçıvan hər sahədə inkişaf edir. Dünya standartlarına uyğunlaşdırılmış məktəblərimizə tələbələrinizi gözləyirik. Türk iş adamlarının da Naxçıvanda görməkdə qürur duyarıq”. V. Talıbov İqdır bələdiyyə başqanı Nurəddin Arasla da görüşüb. N. Aras görüşdə Naxçıvanla sərhədin açılmasından sonra İqdırın xeyli inkişaf etdiyin bildirib: “Biz naxçıvanlılarla eyni taleyi yaşayırıq. Dəmir yolu ilə bağlı layihə var. Bu layihə gerçəkləşsə, İqdırda çox şey dəyişəcək. Bakı-Tiflis-Ceyhan neft boru xəttinin istifadəyə verilməsi ölkəmiz üçün böyük qazancdır”. V. Talıbov, öz növbəsində, İqdırın inkişaf etdiyini söyləyib: “Xocalı soyqırımı ilə bağlı Azərbaycan və Türkiyə xaricində keçirdiyiniz tədbirləri yüksək qiymətləndirirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR