Bank Of Baku

Siyavuş Novruzov: “ADP-nin dialoqla bağlı addımı digərlərinə də örnək olmalıdır”

Siyavuş Novruzov: “ADP-nin dialoqla bağlı addımı digərlərinə də örnək olmalıdır”
# 07 mart 2007 12:18 (UTC +04:00)
“ADP ilə YAP-ın dialoqa başlaması üçün bu partiyanın “Azadlıq” blokundan çıxması ilə bağlı bizim tərəfimizdən heç bir şərt olmayıb. Ümumiyyətlə, ADP ilə konkret heç bir danışığımız, görüşümüz, şərtimiz olmayıb. Yalnız qəzet səhifələrində belə müzakirələr gedib”. Bu fikirləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov bildirib. S. Novruzovun sözlərinə görə, ADP-nin hakimiyyətə dialoq təklif etməsinə görə blokdan çıxarılması bu düşərgənin dialoqa hazır olmadığını göstərir: “ADP-nin blokdan çıxarılması onu göstərdi ki, müxalifət sağlam dialoqa hazır deyil, iqtidarın dəfələrlə dialoqla bağlı verdiyi təkliflərin əleyhinə addımlar atıb. Biz ADP-nin dialoqla bağlı addımından sonra da bildirmişdik ki, bu, digərlərinə də örnək olmalıdır. Onlar da bu prosesə qoşulmalı və sağlam dialoq aparmaq istəyirlərsə, belə bir addım atmalıdır. ADP müraciət etdiyini bildirib, amma bizə belə bir müraciət daxil olmayıb. Biz bunu yalnız qəzetlərdən aldığımız məlumat əsasında deyirik”. “Azadlıq” blokunda qeyri-səmimi mühitin olduğunu bildirən S. Novruzov hesab edir ki, bu blokun gələcəyi yoxdur. ADP-nin dialoqla bağlı müraciətinə gəldikdə, S. Novruzov YAP-a belə bir müraciətin daxil olmadığını və bununla bağlı yalnız mətbuatdan məlumat aldığını deyib: “Rəsmi müraciət daxil olarsa, İdarə Heyətində müzakirə olunacaq”.
ADP-nin bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu da APA-ya açıqlamasında YAP tərəfindən blokdan çıxmaqla bağlı onların qarşısına hər hansı şərtin qoyulmadığını qeyd edib. YAP-a yenidən müraciət etmək fikrində olmadığını bildirən S. Cəlaloğlu dialoqla bağlı məktubu ölkə prezidenti, YAP-ın sədri İlham Əliyevə ünvanladığını qeyd edib: “Prezident həmin müraciəti aldığını təsdiq edib. Almaniyada olarkən bildirib ki, müxalifət partiyaları mənə məktub göndəriblər və o məktubla tanışam. Biz hakimiyyətlə müxalifətin dialoqunun tərəfdarıyıq və bu istiqamətdə işi davam etdirəcəyik. Ona görə də YAP-ın hansısa məmurunun nə deməsi bizim üçün maraqlı deyil. Biz hansı mövqedə olmuşuqsa, o mövqedə qalacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR