Bank Of Baku

Sərdar Cəlaloğlu: “Necə olur ki, İsa Qəmbər, Əli Kərimli dialoqu lazım biləndə bu düzgün olur, amma biz lazım biləndə yox?”

Sərdar Cəlaloğlu: “Necə olur ki, İsa Qəmbər, Əli Kərimli dialoqu lazım biləndə bu düzgün olur, amma biz lazım biləndə yox?”
# 07 mart 2007 12:46 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsi partiyanın “Azadlıq” blokundan xaric olunması ilə bağlı martın 12-də Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin, Mərkəzi Nəzarət Təftiş Komissiyasının və ərazi təşkilatları sədrlərinin iştirakı ilə toplantı keçirəcək. Bu barədə APA-ya TK-nın sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, iclasda partiyanın blokdan çıxması ilə bağlı müzakirə aparılacaq: “Bu toplantıda blokla bağlı son qərarımızı verəcəyik. Çünki partiyanın özünün də blokdan çıxmaqla bağlı qərarı olmalıdır”. S. Cəlaloğlu bildirib ki, ADP yalnız qarşılıqlı etimad və hörmətə əsaslanan bloklarda təmsil oluna bilər. O, ultimatum, şantaj dilində danışılan, partiya üzvlərinə hörmətsizlik edilən bloklarla əməkdaşlıq qurmaq fikrində olmadıqlarını bildirib: “ADP-nin siyasi dialoq və konstruktivizmlə bağlı qərarı partiya proqramının müddəasıdır, həm də demokratik standartlara uyğun yoldur. “Azadlıq” blokunun qərarını məntiqə uyğun hesab etmirəm. Sabah onlar hakimiyyətlə dialoqa gedəndə buna nə ad qoyacaqlar? Nəyə görə ATƏT, hakimiyyət dəvət edəndə dialoqa hazır olduqlarını bildirirlər, amma müxalifət partiyasının bu təkliflə çıxış etməsi qəbul olunmur? Necə olur ki, İsa Qəmbər, Əli Kərimli dialoqu lazım biləndə bu düzgün olur, amma biz lazım biləndə yox? Biz bu cür üsullarla əməkdaşlıq edə bilmərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR