Bank Of Baku

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
# 07 mart 2007 12:46 (UTC +04:00)
Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlunu onun xahişi ilə qəbul edib. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimai əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, nazir hər iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın, beynəlxalq terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizə və digər sahələrdə tərəfdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb. E. Mahmudov yeni fəaliyyətə başlamasına baxmayaraq, Hüseyn Avni Qarslıoğlunun Türkiyə və Azərbaycan arasında dostluq, tərəfdaşlıq, elmi və mədəni münasibətlərin inkişafı yönümündə gördüyü işləri, ümumən bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üzrə səylərini qeyd edib. Hüseyn Avni Qarslıoğlu ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib. Görüşdə beynəlxalq münasibətlər sisteminin başlıca prinsiplərindən olan dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına riayət olunması məsələsində, terrorçuluqla və ekstremizmin bütün təzahürləri ilə mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyü qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR