Bank Of Baku

Qüdrət Həsənquliyev: “Türkiyənin GUAM-a üzv qəbul olunması ilə bağlı müzakirələrin başlanması vaxtıdır”

Qüdrət Həsənquliyev: “Türkiyənin GUAM-a üzv qəbul olunması ilə bağlı müzakirələrin başlanması vaxtıdır”
# 07 mart 2007 12:59 (UTC +04:00)
“Türkiyənin GUAM-a üzv qəbul olunması ilə bağlı müzakirələrin başlanması vaxtıdır. Bizim partiya bir neçə prinsipi nəzərə alaraq, Türkiyənin GUAM-a üzv olunması ilə bağlı təkliflə çıxış etmişik. Əvvəla, Türkiyənin CUAM ölkələrinin hamısı ilə normal əlaqələri var. CUAM ölkələri Türkiyə isə demokratiyanın inkişaf səviyyəsinə görə daha çox təcrübəsi olan dövlətdir”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, Türkiyənin GUAM-a qəbul olunması bu qurumun sərhədlərinin MDB ilə məhdudlaşmadığının da göstəricisi ola bilər. Bu, həm də hazırkı GUAM ölkələrinin NATO və Avropa Birliyinə yaxınlaşmalarının sürətləndirilməsi baxımından önəmlidir: “Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri zamanı bu məsələ müzakirə olunsa, çox yaxşı olar. Məncə, Türkiyə GUAM ölkələrinin ərazi problemlərinin olmasından çəkinməməli, bölgədə aktiv siyasət yürütmək üçün bu addımı atmalıdır”. Q. Həsənquliyev TÜrkiyənin GUAM-a üzv olmasının vacibliyinin əsas arqumentlərindən birinin isə Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin GUAM sülhməramlıları tərəfindən qorunması ilə bağlı təkliflə əsaslandırıb: “Əgər gələcəkdə bu təklif reallaşdırılsa, Türkiyənin GUAM-da təmsil olunması zərurəti daha da artacaq”.
Partiya sədri martın 9-da türk və Azərbaycan diaspor təşkilatlarının Bakıda keçiriləcək forumunun böyük əhəmiyyət daşıdığını bildirib: “Türkiyə diaspor təşkilatları Azərbaycan diaspor təşkilatlarının formalaşmasına və möhkəmlənməsinə öz töhfələrini verməlidirlər. Onların yaşadıqları ölkələrdə daha ciddi əlaqələri var. Ümumiyyətlə, hər iki ölkənin diaspor təşkilatları birgə fəaliyyət göstərməsi daha məqsədəuyğun olardı”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR