Bank Of Baku

Elmar Məmmədyarov BMT İnsan Haqları Şurasının sessiyasında çıxış edəcək

Elmar Məmmədyarov BMT İnsan Haqları Şurasının sessiyasında çıxış edəcək
# 07 mart 2007 13:47 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov martın 12-də Cenevrədə keçiriləcək BMT İnsan Haqları Şurasının 4-cü sessiyasının yüksək səviyyəli iclasında iştirak və çıxış edəcək. Azərbaycanın İsveçrədəki səfirliyinin üçüncü katibi Seymur Mərdəliyevin APA-ya verdiyi məlumata görə, martın 13-də nazirin çıxışı nəzərdə tutulub. Martın 30-na kimi davam edəcək sessiyanın gündəmində Azərbaycanla bağlı məsələ yoxdur. Qeyd edək ki, Azərbaycan şuranın 47 üzvündən biridir, Ermənistan isə sessiyada müşahidəçi qismində iştirak edəcək.
Sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti görüşünün keçirilməsi gözlənilir. Görüşün detallarını razılaşdırmaq üçün münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie regionda səfərdədir. O, sabah Bakıya gələcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR