Bank Of Baku

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının artırılması məsələsinin parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının artırılması məsələsinin parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir
# 07 mart 2007 13:55 (UTC +04:00)
Parlamentin yaxın vaxtlarda keçiriləcək iclaslarında Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayının artırılması məsələsi müzakirəyə çıxarıla bilər. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat daxil olub. Məlumata görə, hazırda Beynəlxalq Sülhə Dəstək Qüvvələrinin (İSAF) tərkibində xidmət edən azərbaycanlı hərbçilərin sayının artırılması istiqamətində müəyyən işlər aparılır.
Parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Zahid Oruc isə APA-ya açıqlamasında hələlik ki, Milli Məclisə sözügedən məsələni əks etdirən hansısa sənədin daxil olmadığını vurğulayıb. Z. Orucun sözlərinə görə, belə bir müraciət daxil olarsa, baxıla bilər.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda səfərdə olan NATO-nun Azərbaycan üzrə koordinatoru Lorenz Meyer-Minnemann da İSAF tərkibində xidmət edən azərbaycanlı sülhməramlıların sayının artırılacağı ilə bağlı rəsmi Bakıdan razılıq alındığını vurğulayıb.
Xatırladaq ki, Azərbaycan sülhməramlıları hazırda Kosova, Əfqanıstan və İraqda aparılan sülhyaratma əməliyyatlarında iştirak edir. Əfqanıstandakı Azərbaycan hərbçilərinin sayı 30 nəfərdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR