Bank Of Baku

Xarici işlər nazirinin müavini Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərləri ilə görüşüb

Xarici işlər nazirinin müavini Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərləri ilə görüşüb
# 07 mart 2007 14:11 (UTC +04:00)
Bu gün Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinə Bakıda İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində keçiriləcək beynəlxalq konfrans barədə məlumat verilib. XİN Mətbuat və İnformasiya Siyasəti İdarəsinin birinci katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, xarici işlər nazirinin müavini Vaqif Sadıqov diplomatlara aprelin 26-28-də keçiriləcək “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu” adlı konfrans barədə məlumat verib. Konfransda dünyanın tanınmış jurnalistləri, dövlət və elm xadimləri, Azərbaycanın KİV rəhbərləri iştirak edəcəklər. Tədbirdə İKT-nın baş katibi Ekmələddin İhsanoğlunun da iştirakı gözlənilir.
Qeyd edək ki, konfransın keçirilməsi barədə qərar ötən il Bakıda keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 33-cü konfransında qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR