Bank Of Baku

Gürcüstan Yaşıllar Partiyasının sədri: “ABŞ-ın radar sistemi Azərbaycanda yox, Gürcüstanda yerləşdiriləcək”

Gürcüstan Yaşıllar Partiyasının sədri: “ABŞ-ın radar sistemi Azərbaycanda yox, Gürcüstanda yerləşdiriləcək”
# 07 mart 2007 14:14 (UTC +04:00)
“ABŞ Raket Hücumundan Müdafiə sisteminin Gürcüstan ərazisində yerləşdiriləcək elementləri İrana qarşı yönəldiləcək”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu bəyanatla Gürcüstan Yaşıllar Partiyasının sədri Georgi Qaçeçiladze çıxış edib. Onun sözlərinə görə, Qafqazda radar sisteminin yerləşdiriləcəyini söyləyən Pentaqon təmsilçisi məhz Gürcüstanı nəzərdə tutub, çünki Azərbaycan və ya Ermənistanda bu cür obyektlərin qurulması istisna olunur: “Fransalı ekspertlərin məlumatına görə, Qafqaz sıra dağları Gürcüstan ərazisində yerləşdiriləcək radar sistemindən Rusiyaya qarşı istifadə olunmasına imkan vermir. Digər tərəfdən, Azərbaycan rəhbərliyi dəfələrlə bildirib ki, ölkə ərazisində hər hansı hərbi baza və ya qurğuların yerləşdirilməsinə imkan verməyəcək. Bunun başlıca səbəblərindən biri İran əhalisinin 20 faizini azərbaycanlıların təşkil etməsidir”. G. Qaçeçiladze Gürcüstan rəhbərliyini ölkəyə daimi təhlükə yaradacaq addımlardan çəkinməyə və ölkənin neytrallığını elan etməyə çağırıb. O, İranın ballistik raketlərə sahib olduğunu vurğulayaraq bu raketlərinin hədəfinin ABŞ və Avropa yox, Gürcüstan ərazisindəki hərbi obyekt olacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR