Bank Of Baku

Müsavat ADP-nin heç bar qanadı ilə əməkdaşlıq etməyəcək

Müsavat ADP-nin heç bar qanadı ilə əməkdaşlıq etməyəcək
# 07 mart 2007 14:25 (UTC +04:00)
“Hazırda Müsavat Partiyasının ADP ilə əməkdaşlığı barədə hər hansı müzakirə aparılmır. Çünki hazırda ADP-də iki qanad var və onların hər hansı biri ilə əməkdaşlıq edə bilmərik. Biz qanadların bir araya gəlməsini istəyirik”. Bu fikirləri APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər bildirib. Tərəflərdən biri ilə əməkdaşlığı siyasi və etik baxımdan düzgün hesab etməyən S. Əkbər bir neçə gün əvvəl S. Cəlaloğlunun İsa Qəmbərlə görüşündə də bu barədə müzakirələrin aparılmadığını qeyd edib: “Sərdar Cəlaloğlu görüşdə təkliflərini irəli sürmüşdü və bu təklifləri öz adından təqdim etmişdi. Təkliflər əsasən seçki komissiyalarının təşkili ilə bağlı idi. Biz də seçki komissiyalarının paritet əsasda təşkilinin tərəfdarıyıq və müxalifət partiyalarının hamısı bu məsələdə eyni mövqedədir”. S. Əkbər Müsavatın ADP-nin digər qanadına rəhbərlik edən Rəsul Quliyevlə də əməkdaşlıq etmək niyyətində olmadığını deyib. Onun sözlərinə görə, hər iki tərəfin qurultayları gözlənilir və Müsavat bu prosesi yaxından izləyəcək: “İndiki halda biz qərar verməkdə tələsmək niyyətində deyilik”.
Müsavatın Mərkəzi İcra Aparatının sədri Arif Hacılı da ADP-də vəziyyətin aydınlaşmasına kimi hər hansı tərəflə əməkdaşlıqla bağlı qərar verməyəcəklərini deyib: “Biz milli məsələlərdə bütün siyasi qüvvələrlə, müxalifət partiyası olaraq isə yalnız müxalifət mövqeyində dayanan qüvvələrlə əməkdaşlıq edəcəyik. ADP-dəki vəziyyətə aydınlıq gələnə kimi öz mövqeyimizi müəyyənləşdirəcəyik. Müəyyən məsələlər haqqında indidən fikir bildirməyimiz düzgün olmaz. Ola bilsin, partiyadakı tərəflər birləşəcək, müxtəlif tərəflərdə dayananlar sabah yerdəyişmələr edəcək və yaxud bu gün Sərdar Cəlaloğlunu müdafiə edənlər sabah Rəsul Quliyevin yanında ola bilərlər. Buna görə məsələlərə indidən münasibət bildirmək düzgün olmaz”. Müsavatın məhz Rəsul Quliyevlə əməkdaşlıq edəcəyi ilə bağlı yayılan məlumatlara gəldikdə, A. Hacılı eks-spikerin müəyyən elektorata malik olan siyasi xadim olduğunu qeyd edib: “Rəsul Quliyev hətta hər hansı partiyanın üzvü olmasa belə, ölkədə gedən siyasi proseslərə müəyyən təsir imkanlarına malik olan şəxsdir. Bu baxımdan Rəsul Quliyevlə hansısa məsələlərdə əməkdaşlıq etməməyimiz qeyri-təbii olardı. Sadəcə, 2005-ci ilin 26 noyabrında “Azadlıq” blokuna daxil olan bəzi şəxslərin səhv qərarları nəticəsində ölkədə siyasi böhran və əməkdaşlıq üçün problemlər yarandı. Zaman keçdikcə kimin haqlı, kimin haqsız olduğu daha qabarıq şəkildə özünü göstərir”.
ADP-nin bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu isə APA-ya açıqlamasında bildirib ki, bu vaxta qədər Müsavatla münasibətləri necə olubsa, bundan sonra da elə olacaq: “ADP “Azadlıq” blokunun qərarından sonra öz siyasi kursunda ciddi dəyişiklik etmək fikrində deyil. Gələcəkdə situasiyadan asılı olaraq siyasi şərait diqtə edəcəksə, hansısa siyasi qurumlarla məsləhətləşmə aparmaq məsələsinə baxa bilərik. Bu gün üçün ADP-nin hər hansı yeni siyasi taktika müəyyənləşdirməsinə ehtiyac yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR