Bank Of Baku

Sərdar Cəlaloğlu Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri ilə görüşüb

Sərdar Cəlaloğlu Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri ilə görüşüb
# 07 mart 2007 15:08 (UTC +04:00)
Bu gün Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Emi Şults Azərbaycan Demokrat Partiyasının (ADP) bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu ilə görüş keçirib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Görüşdə “Azadlıq” blokunun ADP-nin qurumdan çıxarılması ilə bağlı qərarı, ADP-nin bu qərara münasibəti, siyasi dialoq və konstruktivizmlə bağlı ADP-nin Ali Məclisinin qərarı, iqtidar-müxalifət dialoqunun perspektivləri və müxalifətdaxili vəziyyət müzakirə olunub. E. Şults sözügedən məsələlərlə bağlı öz müşahidələrini S. Cəlaloğlunun diqqətinə çatdırıb. Görüşdə Təşkilat Komitəsinin üzvü Həsrət Rüstəmov da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR