Bank Of Baku

Diaspor təşkilatlarının rəhbərləri Elmar Məmmədyarov və Heydər Babayevlə gorüşəcək

Diaspor təşkilatlarının rəhbərləri Elmar Məmmədyarov və Heydər Babayevlə gorüşəcək
# 07 mart 2007 15:14 (UTC +04:00)
Sabah Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin birinci forumuna dəvət olunan qonaqların xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşü keçiriləcək. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Görüşdə Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər, ölkəmizin regionda aparıcı dövlətə çevrilməsi istiqamətində aparılan işlərdən bəhs olunacaq. Bildirilir ki, qonaqlara Azərbaycanda gedən sosial-iqtisadi inkişaf prosesləri, xarici siyasətdə əldə olunan nailiyyətlər, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində görülən işlər barədə də məlumat veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR