Bank Of Baku

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “bp-Azərbaycan” şirkətinin prezidenti Bill Şreyderi qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “bp-Azərbaycan” şirkətinin prezidenti Bill Şreyderi qəbul edib
# 29 mart 2007 13:25 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya verilən məlumata görə, K. Heydərov Azərbaycanın neft-qaz sənayesinin uğurlu inkişafından danışaraq, bu sahədə bp şirkətinin rolunu yüksək qiymətləndirib. Nazir neft-qaz layihələrinin uğurla gerçəkləşməsinin Azərbaycan və region üçün xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib, eyni zamanda rəhbərlik etdiyi FHN-in fəaliyyətində bütövlükdə əhalinin və ətraf mühitin qorunmasının prioritet vəzifə kimi qarşıda dayandığını vurğulayıb. Nazir təhlükəsizlik qaydalarına əməl edilməsində ölkədə fəaliyyət göstərən şirkətlərin üzərinə ciddi vəzifələrin düşdüyünü bildirib və bu istiqamətdə standartlara əməl olunmasını vacib sayıb.
Öz növbəsində, “bp-Azərbaycan”-ın prezidenti B. Şreyder deyib ki, təmsil etdiyi şirkət Azərbaycan hökuməti, xüsusilə də FHN-lə yaranan qarşılıqlı əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək əzmindədir. O, təmsil etdiyi qurumun Azəri-Çıraq-Günəşli, BTC, Şahdəniz və Çənubi Qafqaz Boru Kəməri layihələrinin əməliyyatçısı kimi tərəfdaşları ilə birlikdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq çərçivəsində uğurlara imza atıldığını qeyd edib, gələcək əməkdaşlığın perspektivlərindən danışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR