Bank Of Baku

Sabir Rüstəmxanlı: “31 mart soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulmalıdır”

Sabir Rüstəmxanlı: “31 mart soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulmalıdır”
# 29 mart 2007 14:12 (UTC +04:00)
“31 mart soyqırımı qurbanlarının xatirəsinə abidənin qoyulması üçün dəfələrlə təkliflə çıxış etsək də, nəzərə alınmır. Mən hesab edirəm ki, binaların tikintisi üçün vəsait ayrıldığı kimi, bu abidənin hazırlanması üçün də vəsait ayrılmalıdır”. Bu fikirləri millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı APA-ya açıqlamasında bildirib. Abidənin Dağüstü Parkda Sovet dönəmində tikilmiş “Dostluq” kafesinin yerində ucaldılmasını təklif edən S. Rüstəmxanlı onun ətrafında muzeyin tikilməsini də vacib sayır: “1918-ci ildə ermənilər tərəfindən Bakıda öldürülmüş 12 min insan Dağüstü Parkda yerləşən Çəmbərəkənd qəbiristanlığında dəfn ediliblər. Amma həmin şəhid məzarlarının üzərində restoran tikdilər. Həmin ərazidə elə bir muzey binası tikilməlidir ki, hər il soyqırım gününü burada qeyd etmək mümkün olsun”. Bu təkliflə yenidən Milli Məclisdə çıxış edəcəyini bildirən S. Rüstəmxanlı hesab edir ki, hökumət bu məsələyə diqqətlə yanaşmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR