Bank Of Baku

ADİP təmsilçiləri beynəlxalq konfransda iştirak edəcəklər

ADİP təmsilçiləri beynəlxalq konfransda iştirak edəcəklər
# 29 mart 2007 14:22 (UTC +04:00)
Martın 31-də Türkiyənin İstanbul şəhərində dünyanın liberal dəyərlərə üstünlük verən gənc demokratik liderlər şəbəkəsinin yaradılması məqsədilə beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) mətbuat xidmətindən məlumat daxil olub. Toplantıya ayrı-ayrı ölkələrin liberal, demokratik siyasi partiyalarının rəhbərləri, Siyasi Şura üzvləri qatılacaq. Tədbirdə ADİP-i Siyasi Şura üzvləri Eldar Cahangirov və Mərdan Əfəndiyev təmsil edəcəklər. ADİP bu konfransa gənc demokratik liderlər şəbəkəsinin təşkilat komitəsinin üzvü kimi dəvət alıb. E. Cahangirov tədbirdə “Demokratik hökumət və beynəlxalq əməkdaşlıq” mövzusunda məruzə ilə çıxış edəcək. Konfrans iki gün davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR