Bank Of Baku

Avropa Komissiyasının rəhbəri Xose Manuel Barrozo: “Avropa İttifaqı Abbas Lisaninin məsələsini çox yaxından izləməkdə davam edəcək”

Avropa Komissiyasının rəhbəri Xose Manuel Barrozo: “Avropa İttifaqı Abbas Lisaninin məsələsini çox yaxından izləməkdə davam edəcək”
# 30 mart 2007 09:00 (UTC +04:00)
APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Avropa İttifaqının bir saylı rəsmisi Avropa Parlamentinin (AP) Portuqaliyadan olan deputatı, eyni zamanda AP-nin İran nümayəndə heyətinin üzvü Paulo Kasakanın müraciətini cavablandırıb. İsveç-Azərbaycan Gənclər Federasiyasının sədri Nərgiz Nədai APA-ya bildirib ki, Avropa Komissiyasının sədri Güney Azərbaycan milli hərəkatının fəallarından olan Abbas Lisaninin işinin xüsusi araşdırılmasına qərar verib. N.Nədainin sözlərinə görə, bu sənədin əhəmiyyəti olduqca böyükdür, çünki Komissiya rəhbərinin mövqeyi həm də bu quruma üzv olan ölkələrin mövqeyini əks etdirir. Barrozo cavab məktubunda qeyd edib ki, A.Lisaninin məsələsindən xəbərdardır, onun İran azərbaycanlılarının mədəni və dil hüquqları uğrunda təşkil olunan dinc aksiyalarda iştirak etdiyi üçün həbs olunduğunu bilir. Bundan başqa, Avropa Komissiyasının rəhbəri məktubunda qeyd edir ki, Avropa İttifaqı diplomatik kanallar vasitəsilə İrandakı insan haqlarının, xüsusilə milli azlıqlara mənsub olan xalqların dil və mədəni hüquqlarının vəziyyətini yaxından izləməkdədir: “Avropa İttifaqı cənab Lisaninin məsələsini çox yaxından izləməkdə davam edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR