Bank Of Baku

Rusiya tərəfi güman edir ki, Azərbaycan-Rusiya sərhədinin delimitasiyası prosesi bu ilin ikinci rübündə başa çatacaq

Rusiya tərəfi güman edir ki, Azərbaycan-Rusiya sərhədinin delimitasiyası prosesi bu ilin ikinci rübündə başa çatacaq
# 30 mart 2007 10:22 (UTC +04:00)
Azərbaycan-Rusiya sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının 13-cü iclası bu ilin ikinci rübündə Rusiyada keçiriləcək. APA-nın Rusiya XİN İnformasiya və Mətbuat Departamentinə istinadən verdiyi məlumata görə, Rusiya tərəfi növbəti iclasda sərhədin delimitasiyası üzrə yekun sənədin qəbul ediləcəyini güman edir.
Qeyd edək ki, martın 27-28-də Bakıda dövlət komissiyalarının 12-ci iclası keçirilib, görüşdə quru sərhədin razılaşdırılmamış 3 sahəsi üzrə müzakirələr aparılıb və yekun sənədin hazırlanması ilə bağlı texniki tələblər layihəsi nəzərdən keçirilib. Xatırladaq ki, Azərbaycan-Rusiya sərhədinin 90 faizdən çox hissəsi artıq razılaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR